Bu proqramda quru nəzəriyyə yoxdur və sən biznesi real şəkildə böyütmək üçün praktik marketinq və satış sisteminin qurulmasını öyrənəcəksən. Proqram çərçivəsində strategiya mərhələsində bazar analizi aparmağı, hədəf kütləni düzgün müəyyənləşdirməyi və AI dəstəkli qərarvermə üsullarından istifadə etməyi mənimsəyəcəksən. Tətbiq hissəsində isə Meta, Google və TikTok reklamlarını qurmaq, SEO optimizasiya aparmaq və effektiv lead generation strategiyaları yaratmaq bacarıqları əldə edəcəksən. Satış blokunda satış hunilərinin hazırlanması, CRM sistemlərinin istifadəsi, B2B strategiyalarının qurulması və güclü satış təkliflərinin hazırlanması öyrədiləcək. Analitika mərhələsində isə KPI və ROI göstəricilərinin izlənməsi, komanda idarəetməsi və 90 günlük böyümə (Growth) planının hazırlanması praktiki şəkildə tətbiq olunacaq.